Neft bahalaşıb
03.11.2020 09:33 Energetika

Neft bahalaşıb

Qlobal bazarlarda neftin qiyməti ötən həftə kəskin azaldıqdan sonra dünən bir qədər artıb.

"MediaPost" xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin yanvar fyuçerslərinin dəyəri 0,27% artaraq 1 barelə görə 37,56 dollar olub. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dekabr fyuçerslərinin 1 barelinin qiyməti isə 2,84% artaraq 36,81 dollar təşkil edib.

 

Xəbərlər departamenti

Gündəm