Neft bahalaşır
10.11.2020 16:33 Energetika

Neft bahalaşır

Neftin qiyməti ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin koronavirus vaksininin uğurlu olması ilə bağlı xəbərlərdən sonra artmağa başlayıb.

"MediaPost" xəbər verir ki, saat 16:30-a olan məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin yanvar fyuçerslərinin dəyəri 1,01% artaraq 1 barelə görə 42,83 dollar olub. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dekabr fyuçerslərinin 1 barelinin qiyməti isə 0,72% yüksələrək 40,58 dollar təşkil edib.

 

Xəbərlər departamenti

Gündəm