Neft bahalaşır
12.11.2020 09:34 Energetika

Neft bahalaşır

Dünya bazarında neftin fyuçers qiymətlərinin ötən günkü bağlanışı gün ərzində qeydə alınan qiymətlərdən aşağı olsa da, bu səhərə artımla başlayıb.

"MediaPost" xəbər verir ki, Bakı vaxtı ilə saat 9:30-a olan məlumata görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,25% artaraq bir barel üçün 43,91 ABŞ dolları, WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 0,34% artaraq bir barel üçün 41,59 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün “Brent” markalı neftin qiyməti sentyabrın 2-dən sonra ilk dəfə olaraq 45 dollar/bareli keçmişdi.

 

Xəbərlər departamenti

Gündəm