Neft bahalaşmağa başladı
Dünya bazarında neftin qiyməti yenidən artmağa başlayıb.
"MediaPost" xəbər verir ki, hazırda Londonun "ICE Futures" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 1 barelə görə 0,34% artaraq 56,10 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin fevral fyüçerslərinin 1 barelinin qiyməti 0,38% artaraq 52,81 dollar təşkil edib.