Neft bahalaşmaqdadır
Dünya bazarında neftin qiyməti peyvəndlənmənin artması ilə daha güclü qlobal iqtisadi artım perspektivləri və ABŞ-da neft ehtiyatlarının azalması fonunda artmaqdadır.
"MediaPost" xəbər verir ki, Bakı vaxtı ilə saat 09:40-a olan məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,22% artaraq 1 barelə görə 62,88 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,20% artaraq 59,45 dollar təşkil edib.