Neft cüzi ucuzlaşdı
Dünya bazarında neftin qiyməti ötən həftədəki sürətli artımdan sonra bu həftə azalır.
"MediaPost" xəbər verir ki, Londonun "ICE Futures" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 1 barelə görə 0,18% azalaraq 55,56 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin fevral fyüçerslərinin 1 barelinin qiyməti 0,15% azalaraq 52,17 dollar təşkil edib.