Neft Fondu "Şahdəniz" və AÇG-dən əldə etdiyi gəlirləri açıqladı
06.08.2020 09:00 İqtisadiyyat

Neft Fondu "Şahdəniz" və AÇG-dən əldə etdiyi gəlirləri açıqladı

Bu il yanvar-avqust aylarında Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 2 485 milyon dollar, "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri isə 215,5 milyon dollar təşkil edib. 

Bu barədə "MediaPost"a Dövlət Neft Fondundan bildirilib.

Məlumata görə, hesabat dövründə "Şahdəniz" yatağından əldə edilən gəlirlərin 149 milyon dolları kondensatın payına düşüb.

Rahim Tarıverdiyev / MediaPost

Xəbərlər şöbəsi

Gündəm