Neft Fondunda yeni təyinat olub
03.03.2020 09:42 İqtisadiyyat

Neft Fondunda yeni təyinat olub

"MediaPost" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 mart 2020-ci il tarixli 1871 nömrəli Sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

R. Cavadov 2014-cü ildən hazırki tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.

ARDNF-nin İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda ABŞ-ın Klark universitetində maliyyə üzrə magistr dərəcəsi alıb.

Xəbərlər departamenti

Gündəm