Neft Fondunun aktivləri cüzi artıb
22.01.2021 17:38 Maliyyə

Neft Fondunun aktivləri cüzi artıb

2021-ci il yanvarın 1-ə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2020-ci ilin əvvəlinə (43 323,3 milyon ABŞ dolları) nisbətən 0,56% artaraq 43 564,3 milyon ABŞ dollarına bərabər olub.

Bu barədə “MediaPost”a Fonddan bildirilib.

Qeyd edilib ki, koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına ARDNF-nin aktivlərinin həcmində artım baş verib.

Qeyd edək ki, sözügedən dövr ərzində büdcədənkənar və idarəetmə gəlirlərinin həcmi ümumilikdə 3,2 milyard ABŞ dolları təşkil edib.
 

Xəbərlər departamenti

Gündəm