Neft sürətlə bahalaşır
03.11.2020 15:48 Energetika

Neft sürətlə bahalaşır

Qlobal bazarlarda neftin qiyməti ötən həftə kəskin azaldıqdan sonra hazırda sürətlə artır.

"MediaPost" xəbər verir ki, Bakı vaxtı ilə saat 15:45-ə olan məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin yanvar fyuçerslərinin dəyəri 3,26% artaraq 1 barelə görə 40,24 dollar olub. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dekabr fyuçerslərinin 1 barelinin qiyməti isə 3,48% artaraq 38,09 dollar təşkil edib.

Neftin bahalaşması ABŞ-da prezident seçkisinin keçirilməsi ilə əlaqədardır.

Xəbərlər departamenti

Gündəm