Neft yenidən bahalaşır
Dünya bazarında neftin qiyməti yenidən artmağa başlayıb.
"MediaPost" xəbər verir ki, hazırda Londonun "ICE Futures" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin aprel müqavilələrinin dəyəri 1 barelə görə 1,49% artaraq 63,85 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin mart fyüçerslərinin 1 barelinin qiyməti 1,28% artaraq 60 dollar təşkil edib.