Neft yenidən bahalaşır
06.04.2021 09:56 Energetika

Neft yenidən bahalaşır

Dünya bazarında neftin qiyməti ABŞ və Çin iqtisadiyyatları ilə bağlı müsbət göstəricilər fonunda bu gün yenidən artmağa başlayıb.

"MediaPost" xəbər verir ki, Bakı vaxtı ilə saat 09:50-yə olan məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,60% artaraq 1 barelə görə 62,52 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,75% artaraq 59,09 dollar təşkil edib.

Xəbərlər departamenti

Gündəm