Neft yenidən ucuzlaşır
ABŞ-da neft ehtiyatlarının azalması xəbərindən sonra sürətlə artmağa başlayan neftin qiyməti bu günə enişlə başlayıb.
"MediaPost" xəbər verir ki, saat 9:20-yə olan məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin yanvar fyuçerslərinin dəyəri 1,94% azalaraq 1 barelə görə 40,43 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dekabr fyuçerslərinin 1 barelinin qiyməti isə 1,92% azalaraq 38,40 dollar təşkil edib.