Neft yenidən ucuzlaşır
04.03.2021 15:56 Energetika

Neft yenidən ucuzlaşır

Əmtəə bazarlarında neftin qiyməti kəskin artımdan sonra yenidən azalmağa başlayıb.

"MediaPost" xəbər  verir ki,  ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,30% azalaraq 1 barelə görə 63,88 dollar təşkil edib. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,24% azalaraq 61,13 dollar təşkil edib. 

Neftin qiymətinə təsir edən başlıca amil OPEC+ ölkələrinin bugünkü iclasıdır. Bazar OPEC+ ölkələrinin aprel ayı üçün hasilatı hansı həcmdə artıracağı barədə qərarı gözləyir.Analitiklər OPEC+ ölkələrinin hasilatı az həcmdə azaltması halında qiymətlərin artacağını proqnozlaşdırır.

Lakin hələlik hansı qərarın qəbul ediləcəyi ilə bağlı hər hansı siqnal yoxdur.

Bundan başqa, ABŞ-da neft ehtiyatlarının rekord həcmdə artması da qiymətə təsir göstərməkdədir.

 

Xəbərlər departamenti

Gündəm