Neft yenidən ucuzlaşır
08.04.2021 09:48 Energetika

Neft yenidən ucuzlaşır

ABŞ Energetika Nazirliyinin ölkədə benzin ehtiyatlarının artması ilə bağlı məlumatından sonra dünya bazarında neftin qiyməti yenidən azalıb.

"MediaPost" xəbər verir ki, Bakı vaxtı ilə saat 09:40-a olan məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin iyun müqaviləsinin dəyəri 0,46% azalaraq 1 barelə görə 62,87 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,55% azalaraq 59,44 dollar təşkil edib.

Xəbərlər departamenti

Gündəm