Neftçala və Astara rayon Mərkəzi Xəstəxanalarına direktorlar təyin olunub
03.03.2020 16:41 Gündəm

Neftçala və Astara rayon Mərkəzi Xəstəxanalarına direktorlar təyin olunub

TƏBİB-dən verilən məlumata görə, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Əliyev Ramiz Bəylər oğlu “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in fəaliyyətinin əsas məqsədi, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm