Neftçalada 11 yaşlı uşaq naməlum səbəbdən ölüb
18.11.2019 08:11 Gündəm

Neftçalada 11 yaşlı uşaq naməlum səbəbdən ölüb

Neftçalada 11 yaşlı uşaq ölüb.

Mediapost.az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini, 2008-ci il təvəllüdlü Həsən Abdullazadənin Neftçala rayon Xəstəxanasında ölməsi ilə bağlı rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Yaxınların verdiyi məlumata görə, H. Abdullazadədə noyabrın 17-də kəskin baş ağrıları olub və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq H. Abdullazadə xəstəxanada ölüb.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır..

Mediapost.az

Xəbərlər departamenti

Gündəm