Neftçalada əqli zəifliyi olan qızla bağlı yayılan iddialara - DİN-dən MÜNASİBƏT
12.04.2021 17:45 Hadisə

Neftçalada əqli zəifliyi olan qızla bağlı yayılan iddialara - DİN-dən MÜNASİBƏT

Daxili İşlər Nazirliyi (DİN) Neftçala rayonu Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "MediaPost"un sorğusuna cavabında bildirib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib.

"Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir. Polisin vətəndaşın evinə kamera quraşdırması ilə bağlı iddialar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir”, - deyə DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki. sosial şəbəkələrdə rayonun Mürsəqulu kəndində 16yaşlı, əqli zəifliyi olan qızın üç ildir cinsi istismara məruz qalması ilə bağlı məlumatlar yayılıb.

Xəbərlər şöbəsi

Gündəm