"Neftçi" Kiyev "Dinamo"su qarşısında gücünü sınayacaq
20.01.2020 07:46 Futbol

"Neftçi" Kiyev "Dinamo"su qarşısında gücünü sınayacaq

"MediaPost" xəbər verir ki, bu gün ölkə təmsilçilərindən "Neftçi" klubu yoxlama matçında gücünü sınayacaq.

Kiyev "Dinamo"su ilə üz-üzə gələcək "ağ-qaralar" Ukrayna təmsilçisi ilə görüşə Füzuli Məmmədov çıxaracaq.

Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" Antalyada keçirdiyi ilk yoxlama görüşündə Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzub. Azərbaycan klubu son yoxlama görüşünü yanvarın 24-də Ukraynanın digər təmsilçisi "Desna"ya qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan futbolunun flaqmanı bu yaxınlarda baş məşqçi Roberto Bordinlə yollarını ayırıb.

Xəbərlər departamenti

Gündəm