"Neftçi"nin Müşahidə Şurası komandanın çıxışına mənfi qiymət verib
08.01.2020 15:56 Futbol

"Neftçi"nin Müşahidə Şurası komandanın çıxışına mənfi qiymət verib

"MediaPost"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda əsas komandanın 2019/2020-ci illər mövsümünün ilk yarısındakı nəticələri və klubun fəaliyyəti müzakirə olunub. Klubdakı fəaliyyətə müsbət rəy verilsə də, əsas komandanın çıxışı, xüsusilə Azərbaycan Kubokundan kənarda qalması qənaətbəxş hesab edilməyib.

Müşahidə Şurasının üzvləri icra orqanına fikirlərini bildirib, məşqçi və futbolçu heyəti ilə bağlı iradlarını çatdırıblar. Əsas komandanın qarşısına növbəti iki dövrədə maksimum nəticə qazanmaq tələbi qoyulub.

Xəbərlər departamenti

Gündəm