"Neftçi" və "Keşlə" Antalyada son yoxlama oyununu keçirəcək
"MediaPost"un məlumatına görə, bu gün Premyer Liqa təmsilçilərindən 2-si yoxlama görüşlərin çıxacaq.
"Keşlə" son yoxlama matçında bu dəfə Slovakiyanın "Zemplin" klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisinin oyunu Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
"Neftçi" klubu da Antalyada son matçına çıxacaq. "Ağ-qaralar" bu dəfə Ukraynanın "Desna” klubu ilə qarşılaşacaq. Matç saat 18:00-da start götürəcək.