Neftdə tarixi enişin ardınca yeni dövr başlayacaq
22.04.2020 15:55 Dünya

Neftdə tarixi enişin ardınca yeni dövr başlayacaq

Qiymətlər 21-ci əsrin ən aşağı səviyyəsi kimi qeyd edilsə də, vəziyyətin qlobal maliyyədən tutmuş geosiyasi nizama qədər bir çox inkişafa təsir göstərəcəyi gözlənilir.

"MediaPost" bu barədə "Haber 7"-yə istinadən məlumat verir.

Məlum olduğu kimi, Cənubi Kipr tərəfindən təyin olunan bəzi enerji şirkətləri "neft qiymətləri" səbəbilə geri çəkilmək qərarına gəldilər.

Bu vəziyyət Şərqi Aralıq dənizində yeni bir dövrün xəbərçisidir?

Mövzu ilə əlaqədar Enerji İqtisadiyyatı Dərnəyi başçısı və Boğaziçi Universiteti professoru Gürkan Kumbaroğlu mətbuata açıqlama verib. O bildirib ki, neftin qiyməti qısa müddətdə əvvəlki səviyyəsinə gələ bilməyəcək.

EPAM Başkanlığına Prof. Dr. Gürkan Kumbaroğlu seçildi

"Dənizdəki neft əvvəlki dəyərini itirsə də, Aralıq dənizini önəmini hələ də itirməyib. Diplomatiyada daha aktiv olmalıyıq. Onu da qeyd edim ki, neft şirkətləri bu vəziyyətə uzun müddət dayana bilməz. İstehsalçıların əksəriyyəti 10-20 dollar ilə kar edə bilməz".

"ABŞ-dakı prezident seçkilərinə təsir edəcək"

Kumbaroğlu koronavirus və neft böhranının ABŞ-da gerçəkləşəcək prezident seçkilərinə təsir göstərəcəyini açıqlayıb:

"ABŞ-da prezident seçkiləri yaxınlaşır. Bu dəyişikliklərTampı da çətin vəziyyətə salacaq. Bu şirkətlər iflas edərsə, bir zəncir kimi ABŞ maliyyə sisteminə təsir göstərə bilər. Artıq insanlar komendant saatının bitməsi üçün etirazlara başlayıblar. Yəni bütün bu qarışıq proseslər seçkilərə təsirsiz ötüşməyəcək. Yaşanan proseslər onu göstərir ki, bizi qarşıda daha yeni dünya gözləyir. İsanlıq olaraq bu yeniliklərə açıq olmalıyıq".



Xəbərlər departamenti

Gündəm