Neftdən sonra Azərbaycana ən çox gəlir gətirən məhsullar  - İNFOQRAFİKA
03.11.2020 13:20 İqtisadiyyat

Neftdən sonra Azərbaycana ən çox gəlir gətirən məhsullar - İNFOQRAFİKA

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayı təqdim edilib.

"MediaPost" İİTKM-ə istinadən xəbər verir ki, 2020-ci ilin doqquz ayı ərzində Azərbaycandan 10,6 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə  1,3 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor -  167,8 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 150 milyon ABŞ dolları)  ikinci və pambıq mahlıcı  (82,7 milyon ABŞ dolları) üçüncü olub.

Hesabat dövründə meyvə-tərəvəz ixracı 402 milyon, pambıq lifi ixracı 83,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 73,7 milyon, kimya sənayesi məhsullarının ixracı 60,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 38,2 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 122,4 milyon, pambıq ipliyi ixracı 12 milyon, spirtli və spirtsiz içkilərin ixracı 9 milyon, şəkər ixracı 12,4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı 17,3 milyon, çay ixracı 6,7 milyon ABŞ dolları təşkil edib.


Rahim Tarıverdiyev

Gündəm