Neftin qiyməti 44 dolları keçdi
11.11.2020 09:20 Maliyyə

Neftin qiyməti 44 dolları keçdi

Dünya bazarlarında “Brent” markalı neft bahalaşıb.

"MediaPost" xəbər verir ki,  noyabrın 11-də gecə yarısı “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 3,75% artaraq bir barel üçün 43,99 ABŞ dollarına, WTI markalı neftin fyuçersləri isə 3,64% artaraq bir barel üçün 42,1 ABŞ dollarına çatıb. Səhər saatlarında isə "Brent" neftinin qiyməti 44 dolları keçərək 44,01 dollar təşkil edib. 
Xatırladaq ki, sonuncu dəfə “Brent” markalı neftin qiyməti 44 ABŞ dollarını sentyabr ayında keçmişdi. 

Rahim Tarıverdiyev

Gündəm