Neftin qiyməti qalxdı
24.02.2021 20:57 Energetika

Neftin qiyməti qalxdı

Brent markalı neftin bir barelinin qiyməti 67 dollara çatıb.

"MediaPost" TASS-a istinadən xəbər verir ki, bu, qara qızılın 2020-ci ilin yanvar ayından etibarən ən yüksək qiymətidir.

Məlumata əsasən, göstərici Bakı vaxtilə 19:39-da London Əmtəə Birjasında qeydə alınıb. Ticarət sessiyası ərzində “Brent” markalı neft üzrə aprel fyuçersləri 2,8% artaraq 67 dollar/barelə çatıb.

Xəbərlər şöbəsi

Gündəm