Neftin qiyməti tarixdə ilk dəfə mənfiyə enib
20.04.2020 21:31 İqtisadiyyat

Neftin qiyməti tarixdə ilk dəfə mənfiyə enib

"West Texas Intermediate" (WTI və Texas Light sweet) markalı neftin may füçerslərinin dəyəri tarixdə ilk dəfə mənfiyə düşüb.

"MediaPost" “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Nyu-York ticarət birjasının yeni dövriyyəsinin nəticələrində əks olunub.

May ayında tədarük qiymətləri 162 faiz düşərək bir bareli -13,98 dollar olub. Londonun ICE birjasında isə qiymət 104 faiz düşərək -0,75 dollar təşkil edib.

Xəbərlər departamenti

Gündəm