Neftin qiymətində artım müşahidə olunur
13.04.2020 07:08 İqtisadiyyat

Neftin qiymətində artım müşahidə olunur

OPEC+ ölkələrinin razılaşmasından sonra neft qiymətlərində artım olub.

“MediaPost” xəbər verir ki, WTI markalı Texas nefti 4,66% bahalaşaraq 23,84 dollara, Brent markalı neft isə 4,29% artaraq 1 bareli 32,83 dollara ticarət olunub.

Qeyd edək ki, ötən gün OPEC+ ölkələri neft hasilatını may-iyunda gündəlik 9,7 milyon barel azaltmağa razılaşıblar ki, bundan sonra da neft qiymətlərində az da olsa canlanma yaranıb.

Xəbərlər departamenti

Gündəm