Nepalda baş verən avtobus qəzasında 14 nəfər ölüb
15.12.2019 08:36

Nepalda baş verən avtobus qəzasında 14 nəfər ölüb

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.

“12 sərnişin hadisə yerində, iki sərnişin isə xəstəxanada dünyasını dəyişib. Bütün yaralılar xəstəxanalara yerləşdiriliblər”.

Qeyd olunub ki, sərnişin daşıyan avtobus Nepalın populyar turizm bölgəsi Kalinçokdan paytaxt Katmanduya gedirmiş. Avtobusda 32 nəfər olub.

Hazırda polis qəzanın başvermə səbəblərini araşdırır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm