Netanyahudan Livandakı partlayışla bağlı 2 il əvvəlki işarə - İDDİA
05.08.2020 08:34 Siyasət

Netanyahudan Livandakı partlayışla bağlı 2 il əvvəlki işarə - İDDİA

Ötən gün Livanın paytaxtı Beyrutda baş verən partlayışa görə, İŞİD məsuliyyəti öz üzərinə götürüb. Lakin İsrailin baş naziri Binyamin Netanyahu 2018-ci ildə BMT-nin iclasında Beyrutda baş verən partlayışa işarə edib. 

“MediaPost” bu barədə “CNN İnternational”a istinadən xəbər verir.

Netanyahu BMT-dəki çıxışında partlayışın baş verdiyi limanın peyk görüntülərini yayımlayaraq beynəlxalq təşkilatlara müraciət edib:

“Düşmənlərimizin ölümcül silahlardan istifadə etəməsinə icazə verməyəcəyik. Bu gün Hizbullaha müraciətim var. İsrail nə etdiyinizi, planlarınızı bilir və bu məsələdən yaxa qurtarmağınıza icazə verməyəcək”. 

Bu çıxışdan iki il sonra Beyrut limanında nüvə partlayışını xatırladan faciənin baş verməsi, bəzi suallar meydana çıxarıb. Məsələnin sosial şəbəkələrdə də müzakirələr yaratmasının ardınca İsrail tərəfi açıqlama verib. Adlarının açıqlanmasını istəməyən israilli dövlət nümayəndələri yerli mediaya verdiyi açıqlamada bildiriblər ki, Təl-Əvivin Beyrutdakı partlayışla heç bir əlaqəsi yoxdur. 

img

 

Məleykə Ağasoy

Gündəm