Netanyahunun Ərdoğanla bağlı zarafatı gündəm olub: “Əvvəllər mənə...”
06.02.2020 09:12 Xarici siyasət

Netanyahunun Ərdoğanla bağlı zarafatı gündəm olub: “Əvvəllər mənə...”

"MediaPost" xəbər verir ki, İsrailin baş nazirinin mitinqdə çıxışı zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bağlı zarafatı yerli medianın gündəminə düşüb.

"Yerusəlim Post"un verdiyi məlumata görə, Netanyahu "əvvəllər prezident Ərdoğan mənə hər 3 saatdan bir Hitler deyirdi, indi hər 6 saatdan bir deyir. Amma Allaha şükr, artıq Türkiyə ilə İsrail arasında ticarət əlaqələri genişlənib" – deyə açıqlama verib.

"Deyəsən, mən Türkiyəyə getməyən yeganə israilliyəm. Ərdoğanla bəzi problemlərimiz oldu, amma münasibətlərimiz yaxşılığa doğru gedir", – deyə Netanyahu sözlərinə əlavə edib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm