27 yaşlı oğlan ehtiyatsızlıqdan öldü

Gəncə şəhər sakini faciəvi şəkildə vəfat edib. 

“MediaPost” “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Tağızadə Allahverdi Xasay oğlu dünən şəhər ərazisində tikinti şirkətlərindən birinə məxsus yüksək mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılıb. 

Günorta saatlarında qeydə alınan hadisə nəticəsində A. Tağızadə hadisə yerində ölüb.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. 

“MediaPost” 

Digər fikirlər

Daha çox fikir