8 kənd elektrik enerjisi ilə təchiz ediləcək

Bərdənin Mehdili kəndinin elektrik enerjisi təsərrüfatı istifadəyə yararsız vəziyyətə düşüb və 1500-dən çox sakinin yaşadığı kənddə elektrik enerjisi itkisi 30-35% olub. 

MediaPost” xəbər verir ki, bu səbəbdən “Azərişıq” Mehdilidə istismara yararsız dayaq və naqilləri həmçinin transformator məntəqələrini, sayğacları yenisi ilə əvəz edir.  

Bərdə rayonunda Yenidaş kənd ərazisində 35/10 kV-luq “Yeni Həyat” yarımstansiyası da yenidən qurulur və 7 mindən çox sakinin yaşadığı 8 kəndi elektrik enerjisi ilə təchiz edəcək. Yenidən qurulan yarımstansiya həmçinin 100-dən çox su artezian quyusuna da elektrik enerjisi verir. 

Digər fikirlər

Daha çox fikir