9.5 milyona avtomobil aldı - FOTO

Portuqaliya milli komandasının və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo avtomobil kolleksiyasını yeni modellə zənginləşdirib.

“MediaPost” xarici KİV-ı istinadən xəbər verir ki, 35 yaşlı futbolçu qiyməti 9.5 milyon avro dəyərində idman avtomobili alıb. O, aldığı avtomobilin üzərində öz adının baş həriflərini “CR” yazdırması ilə diqqət çəkib. 

Dünyanın ən bahalı avtomobillərinə sahib olan futbolçunun qarajında 10-dan artıq ümumi qiyməti 30 milyon avrodan çox olan maşınlar var. 

Qeyd edək ki, idmançı bir neçə gün öncə dəyəri 6 milyondan baha olan yaxta da almışdı. 

img

Digər fikirlər

Daha çox fikir