ABŞ-da 60 milyondan çox koronavirus testi aparılıb

ABŞ-da pandemiyanın əvvəlindən indiyədək 60 milyondan çox koronavirus testi keçirilib.

“MediaPost” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, ABŞ-da indiyə qədər 4 milyon 747 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, 157 min 396 xəstə həyatını itirib. Hazırda müalicəsi davam edən 2 milyon 247 minə yaxın xəstədən 18 min 687-nin vəziyyəti ağır qiymətləndirilir.

Digər fikirlər

Daha çox fikir