ABŞ-da növbəti erməni təxribatı

Ermənilər ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC döyüşündə növbəti dəfə təxribata əl atıb.

“MediaPost” xəbər verir ki, ABŞ-ı təmsil edən erməniəsilli döyüşçü Edmun Şahbazyan rinqə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxıb. 

Derek Brunsonla döyüş zamanı qondarma rejimin bayrağı rinqdə asılı qalıb.

UFC kimi nüfuzlu təşkilatın belə təxribata göz yumması birmənalı qarşılanmayıb.

Qeyd edək ki, qarşılaşma Brunsonun qələbəsilə başa çatıb. Qafqazinfo

“MediaPost”

Digər fikirlər

Daha çox fikir