ABŞ hərbi gəmisində böyük yanğın: yaralananlar var

ABŞ Donanmasına aid "USS Bonhomme Richard" adlı hərbi gəmidə genişmiqyaslı yanğın baş verib.

"MediaPost" xəbər verir ki, bu barədə ABŞ Dəniz Qüvvələri rəsmisi Mayk Raney açıqlama yayıb.

Raney gəminin Kaliforniya ştatında San Diego şəhərindəki hərbi limanda olduğunu və təmir işləri aparıldığını bildirib.

Təxminən 1000 nəfər heyətlik gəmidə həftəsonu olduğu üçün 160 nəfərin olduğu bildirilib. Gəmidəkilərdən 4 mülki vətəndaş və 17 nəfər heyət üzvü yaralanaraq xəstəxanaya yerləşdirilib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Billurə Yunus / "MediaPost"

Digər fikirlər

Daha çox fikir