Ana 18 yaşlı qızını axtarır

Abşeronda 18 yaşlı qız itkin düşüb.

"MediaPost" xəbər verir ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Ə Bayramov küçəsində yaşayan 1981-ci il təvəllüdlü Nəhmətova Gülnarə Mərifət qızı polisə müraciət edib. O bildirib ki, iyunun 2-də qızı 2002-ci il təvəllüdlü Nəhmətova İlhamə Mərifət qızı işlə getmək adı ilə evdən çıxıb geri qayıtmayıb. Qeyd edək ki, itkin düşən qız "Kingsnarket"də işləyir.

Faktla bağlı araşdırma aparılır.


Digər fikirlər

Daha çox fikir