"Apple" “iPhone”ları ödəniş terminalına çevirir

ABŞ mərkəzli “Apple ” şirkəti “Mobeewave” startapını satın alıb.

“MediaPost” “Bloomberg”ə istinadən xəbər verir ki, satınalmada məqsəd “iPhone” smartfonlarını mobil ödəniş terminallarına çevirə biləcək texnologiya üzərində çalışmaqdır. 

Yeni texnologiya alış-veriş edənlərə ödəməni həyata keçirmək üçün kredit kartları və ya smartfonlara digər telefondan keçid etməyə imkan verir. Sistem bir tətbiqlə işləyir və “iPhone”ların daxil olduğu “Yaxın Sahə Rabitə” və ya NFC çipdən əlavə bir cihaz tələb etmir.

“Apple” “Mobeewave” startapı üçün təxminən 100 milyon dollar ödəyib. 

Digər fikirlər

Daha çox fikir