Avropa ölkələrində növbəti koronavirus həyəcanı: Qadağalar yenidən bərpa olunur

COVID-19-un nəzarət altına alındığı deyilsə də, istirahət zonalarından geri qayıdanlarda virus aşkarlanması Avropa ölkələrini yeni tədbirlər görməyə vadar edib. Bir çox ölkələrdə maskadan istifadə məcburi olmağı ilə yanaşı, hava limanlarında virus testinə də başlanılıb. 

“MediaPost” “Daily Mail”ə istinadən xəbər verir ki, İspaniyada bir neçə həftədir artan yoluxma sayı ikinci dalğa ilə bağlı narahatlığı özü ilə gətirib. Bəzi ölkələrdə yenidən sosial həyatı məhdudlaşdıracaq tədbirlər görülməyə başlayıb.

img

İngiltərə, Almaniya, Fransa, Belçika, Hollandiya, Norveç hökuməti vətəndaşlara İspaniyaya səyahət edilməməsi ilə bağlı xəbərdarlıq edib. İngiltərədə isə İspaniyadan gələn şəxslər məcburi olaraq 14 günlük karantinə götürülür. 

İspaniyada yeni yoluxma sayı 1000-ə yaxınlaşdığı üçün bəzi bölgələrdə yaşayan vətəndaşlara məcbur olmadıqca çölə çıxmamaqla bağlı çağırış edilib. Mütəxəssislər ölkədə artımın səbəbi kimi kənd təsərrüfatı işçiləri və digər əyləncə mərkəzlərində sosial məsafə və maska taxmaqla bağlı qaydalara əməl olunmamasını göstərib.

img

Kataloniyada əyləncə mərkəzlərini bağlamaq və 10 nəfərdən artıq insanın bir yerə toplaşmaması ilə bağlı qadağa qüvvəyə mindi. Pandemiyanın yeni başladığı dönəmlərdə ən çox ölü sayının olduğu Madriddə də yeni qadağaların qüvvəyə minməsi gözlənilir. Belə ki, yenidən bəzi ictimai yerlərin qapadılması və məcburi maska taxılması ilə bağlı qərarın bərpa edilməsi ilə bağlı müzakirələr gedir. Həmçinin Madrid vətəndaşların COVID-19 testinin nəticələrini, sağlamlıqla bağlı məlumatları, ev və iş yerlərinin ünvanını əks etdirən COVID-19 kartı çıxartmağı planlaşdırdığını açıqlayıb. 

Avropada pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri də Fransadır. Burada son günlər koronavirusa yoluxma sayı yüksələn xətlə inkişaf etməyə başladığı üçün hökumət bəzi qabaqlayıcı tədbirlər görməyə hazırlaşdığını açıqlayıb. 1 avqustdan etibarən Fransaya gələcək bütün turistlər 14 günlük karantinə alınacaq və ölkədə maskasız gəzmək qadağan olunacaq. 

img

Avstriyada market, bank və digər qapalı məkanlarda maksa taxmaq məcburi edilib. Bundan əlavə riskli bölgə hesab olunan yerlərdən gələnlərin isə 14 günlük karantində qalması məcburi olacaq. 

img

Belçikada da virusa yoluxanların sayında son günlər yaşanan artımdan sonra ölkədə ikinci dalğanın başlaması ilə bağlı fikirlər yaranmağa başlayıb. Hətta bəzi ərazilərdə vətəndaşlara gecə küçəyə çıxılmaması ilə bağlı xəbərdarlıq da edilib. Xatırladaq ki, Belçikada koronavirusdan ölənlərin sayı 9 min 833-ə çatıb. 

img

Digər fikirlər

Daha çox fikir