Avtomobil piyadanı vuraraq öldürdü

Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “MediaPost”a verilən məlumatına görə, iyulun 28-də saat 23 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Muğanlı kənd sakini Z. Talıbov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Xəyal Səlimovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Digər fikirlər

Daha çox fikir