Azərbaycanda 5 polis koronavirusdan ölüb

"Karantin rejiminə nəzarət edən polislərimiz arasında koronavirusdan dünyasını dəyişənlərin sayı 5-ə çatıb”.

“MediaPost” xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib:

“Bu günə qədər karantin rejiminə nəzarət edən əməkdaşlarımız arasında ümumilikdə 5 nəfər dünyasını dəyişib, digər əməkdaşların müalicəsi davam edir. Müalicə alanlar arasında vəziyyəti ağır olanlar da var”, - deyə E. Zahidov bildirib. Redaktor.az

Digər fikirlər

Daha çox fikir