Azərbaycanda cütlüklərin ən çox nikaha daxil olduğu ay açıqlandı - RƏSMİ

Adətən, cütlüklər rəqəmləri eynilik təşkil edən günlərdə, doğum günləri və ya sevgililər günündə nikah bağlamaq istəyirlər.

Dünyanın müxtəlif ölkələrində cütlüklər xüsusi günlərdə nikaha daxil olmağa üstünlük verirlər. Adətən, onlar rəqəmləri eynilik təşkil edən günlərdə, doğum günləri və ya sevgililər günündə nikah bağlamaq istəyirlər.

Bəs görəsən, Azərbaycanda cütlüklər daha çox hansı aylarda evlənir?

Mövzu barədə Dövlət Statistika Komitəsindən “MediaPost”un sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə son 3 ildə qeydə alınmış nikaha daxilolma halları digər aylara nisbətən avqust ayında daha çox olub.

Belə ki, Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən avqust ayında qeydə alınmış nikaha daxilolma halları 2017-ci ildə 7392, 2018-ci ildə 7226, 2019-cu ildə isə 6971 təşkil edib.

Digər fikirlər

Daha çox fikir