Azərbaycanda sığorta şirkətinin səhmdarı dəyişdi

Azərbaycanda sığorta şirkətinin səhmdarı dəyişib. Söhbət “İpək Yolu Sığorta” şirkətindən gedir. 

“MediaPost”un şirkətə istinadən məlumatına görə, “Silk Way Aviaşirkəti” MMC “İpək Yolu Sığorta”dakı  19,05%-lik payını “Silk Way Business Aviation" şirkəti əldə edib. 

Sığorta şirkətinin digər səhmdarları isə dəyişməyib. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.  

Rahim Tarıverdiyev / MediaPost

Digər fikirlər

Daha çox fikir