Azərbaycanın vətəndaşları Qazaxıstandan ölkəyə göndərildi

COVID-19 pandemiyası dövründə xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 42 vətəndaşı ölkəmizə təxliyə edib.

“MediaPost” bildirir ki, Azərbaycanın Aktaudakı baş konsuluğundan verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 107 nəfər Vətənə göndərilib. Azərbaycana təxliyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir.

Digər fikirlər

Daha çox fikir