"Azərbaycanlılar bizim can qardaşımızdır, yanlarında olmağa davam edəcəyik" - Akar

“Əvvəlcə bunu xüsusilə vurğulamaq, görmək lazımdır: Azərbaycan türkü bizim qardaşımızdır”.

“MediaPost” xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar beynəlxalq media qurumlarından birinə müsahibəsi zamanı deyib. O, hazırda Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə hərbi hərbi təlimlərinin qeyri-adi bir şey olmadığını söyləyib:

“Biz hər zaman iki dövlət, bir millət deyirik. Azərbaycanlılar bizim can qardaşımızdır. Azərbaycan türkü ilə bizim münasibətlərimizi yaxşı başa düşmək lazımdır. Biz kədərdə, sevincdə birirk, bərabərik.

Təqribən 30 ildir Azərbaycan torpaqlarının 20 faizinin qanunsuz şəkildə Ermənistanın işğalı altında olduğunu görmək, bilmək lazımdır. Ona görə də biz bu məsələdə dünən də bu gün də azərbaycanlı qardaşlarımızın mübarizəsində yanlarındayıq. Dünən olduq, bu gün oluruq, sabah da olmağa davam edəcəyik.

Bizim apardığımız işlər, fəaliyyətlər 16 iyul hücumundan sonra başlamayıb. Bu, yarandığı gündən bəri Türkiyə ilə Azərbaycan arasındakı mövcud əlaqələrin davamıdır. Əslində, hər il keçirdiyimiz quru və hava təlimləri var. Hazırkı vəziyyət bundan ibarətdir”.

Billurə Yunus

Digər fikirlər

Daha çox fikir