"Aztelekom" narazılıq edən şəxsin iş yerinə zəng vurdu

“Aztelekom” xidmətlərindən şikayət edən şəxs qəribə bir hal ilə üzləşib.

“MediaPost” xəbər verir ki, İlkin Feyzullayev adlı şəxs sosial şəbəkədə “Aztelekom” xidmətlərindən narazılığını ifadə edən yazı paylaşıb. 

Onun sözlərinə görə, bundan sonra sözügedən qurumun əməkdaşı vətəndaşın sosial media profilinə daxil olaraq əvvəlki iş yerini müəyyən edib. Ardınca şikayətçinin əvvəlki iş yeri ilə əlaqə saxlayaraq narazılığın göstərildiyi postu silməsini tələb edib.

“Haqlı olaraq ”Aztelekom" xidmətlərindən şikayət etmişəm. Onlar şikayətimi görüblər. Şikayəti öyrənərək problemi həll etmək əvəzinə, şəxsi profilimə daxil olaraq köhnə işlədiyim yerə zəng edib, “işçiniz bizdən şikayət edir, deyin silsin" deyiblər. Bəli, budur. Şikayəti həll etmək çətin başa gəlir. Bir zənglə şikayəti sildirmək daha asandır", - İ.Feyzullayev bildirib.

Mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Digər fikirlər

Daha çox fikir