Bağlanan məşhur hospitalın vergi borcu üzə çıxdı

Ləğv edildiyini elan edən məşhur hospitalın vergi borcu olduğu üzə çıxıb. Söhbət Baku "Caspian Hospital”dan gedir. 

Dövlət Vergi Xidmətindən “MediaPost”a verilən məlumata görə, hospitalın 73678 manatlıq vergi borcu yaranıb. 

Qeyd edək ki, “Baku Caspian Hospital” 2017-ci ildə vaxtilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olub, sonradan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilmiş “Mərkəzi Dənizçilər Xəstəxanası”nın idarə edilməsi məqsədi ilə yaradılıb. Hospital bu il iyulun 27-də ləğv olunduğunu elan edib. 

Rahim Tarıverdiyev / MediaPost

Digər fikirlər

Daha çox fikir