Bakı sakininin 130 min manatlıq dələduzluğu

Bakıda 130 min manatlıq dələduzluq edən şəxs saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “MediaPost”a verilən məlumata görə, silah gəzdirdiyinə görə tutulmuş E.Əliyevin ətrafında Səbail və Nərimanov RPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Hüseynovla birgə 2016-cı ilin fevral ayından noyabr ayınadək olan müddətdə Bakı şəhər sakinləri L.Həsənovanı aldadıb 119.500 manat, 2019-cu ilin iyul ayında isə E.Zeynalovu aldadıb 13.500 manat pullarını alması da müəyyən edilib.

Araşdırma aparılır.

Əcəmi Əsədulla

Digər fikirlər

Daha çox fikir