Bakıda binanın üzərində bina tikilir - FOTOLAR

Bakının Suraxanı rayonunda tikintisi yekunlaşmış binaya yeni mərtəbələrin əlavə olunması üçün yenidən tikinti işlərinə başlanılıb.

“MediaPost” xəbər verir ki, bu barədə həmin bina sakinləri tərəfindən narazılıqlar yaranıb. Sözügedən yaşayış binası Yeni Günəşli qəsəbəsi, D massivi, Samir Cəfərov küçəsində yerləşir.

Sakinlərin sözlərinə görə, bina təhvil verilib və binada yaşayış var. Lakin tikinti şirkəti layihədən kənar əlavə 1 mərtəbə və mansar da tikməyə başlayıb.

Yaşayış binasının “Badi Kubə” MTK tərəfindən tikildiyi güman olunur. 

“MediaPost” mövzu ilə bağlı olaraq Suraxanı rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, qurumun müxtəlif vəzifəli şəxsləri sualdan yayınıblar. 

img
img

 

img

 

img

 

Digər fikirlər

Daha çox fikir