Bakıda "Ford" səkiyə çırpıldıqdan sonra yandı

Bakıda avtomobil yanıb. 

“MediaPost” FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda "Ford" markalı minik avtomobili səkiyə çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. 

Qəza nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobildə qalan 1 nəfər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər fikirlər

Daha çox fikir